?Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Rəqib çox güclüydü. Amma mən hesab edirəm ki, bu cür məğlubiyyətə layiq deyildik?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Qarabağ?ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın pley-off mərhələsinin Dortmundun ?Borussiya? klubuna qarşı matçdan sonra bildirib. Bu komandalar arasındakı ilk qarşılaşma alman klubunun 4:0 hesablı qələbəsilə başa çatıb. ?Bizim futbolçular çox səhvlər buraxdılar və indi biz bunun üzərində işləməliyik? - deyən Q.Qurbanov cavab oyunu ilə bağlı da fikirlərini açıqlayıb: ?Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, Avropa Liqasını başıuca tərk edək?. Q.Qurbanov həmçinin ?Borussiya?nı qələbə münasibətilə təbrik edib və onlara gələcək matçlarda uğurlar arzulayıb.