Türkiyə super iqasında bu gün evində "Akhisarspor"la qarşılaşan "Trabzonspor" böyükhesablı məğlubiyyətə uğrayıb.
Mia.az xəbər verir ki, 1- 6 hesabı ilə məğlub olan Ərsun Yanalın komandası bununla da bu mövsum gözlənilən oyunu oynamaqda çətinlik çəkdiyini göstərib.
Belə ki, mövsümün əvvəlində çox güclü oyunçular transfer edən Qara dəniz komandası superliqanın son 4 həftəsində qələbəyə həsrət qalıb. "Trabzonspor" ümumiikdə oynadığı 8 maçta 2 qələbə, 3 məğlubiyyət və 3 bərabərlik alaraq 9 xalla 11-ci yerdə qərar tutub.
Qeyd edək ki, oyun bitər-bitməz azarkeşlər Ərsun Yanala qarşı "istefa" şüarları səsləndirib. Meydanda "Fateh Terim" sədaları yüksəlib.
Bəzi futbol ekspertəri artıq Ərsun Yanalın istefaya göndəriləcəyini, onun yerinə isə Fateh Terimin gətiriləcəyini gündəmə gətirməyə başlayıblar.
Mia.az