Bu gün ?Qarabağ?la qarşılaşacaq Dortmundun ?Borussiya? klubunun baş məşqçisi Yurgen Klopp Azərbaycan torpaqlarının işğal edilməsindən xəbərdar olduğunu söyləyib. ?Bu üzdən matçın Bakıda keçiriləcəyini bilirik. Kaş ?Qarabağ?ın öz stadionunda oynamaq imkanımız olardı. Amma neynəmək olar, bizim işimiz futbol olduğundan siyasətə qarışmayıb istənilən məkanda peşəkarlığımızı göstərməliyik? - deyə Y.Klopp bildirib.