2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb.
Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində buna nail olub.
Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb.
Qeyd edək ki, daha əvvəl DÇ-2018-ə Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta Rika və Polşa yığmaları vəsiqə qazanıb.
Report.az