Türkiyə milli komandası 2018 Dünya Çempionatının seçmə mərhələsində bu gün İslandiyaya öz meydanında məğlub olub.

Mia.az xəbər verir ki, İslandiya millisi 32-ci dəqiqədə Qudmundsson, 39-da Bjarnason və 49-cu dəqiqədə vurduğu qollarla xalını 19-a çatdırıb və qrupda liderliyə yüksəlib - 3:0.

Qeyd edək ki, bu oyuna qədər Xorvatiya qrup lideri oub. Lakin xorvatlar evində Finlandiya ilə 1-1 bərabərə qalaraq, lider mövqeyini itirib. 

Qrupda Ukrayna millisi isə Kosovaya 2-0 qalib gələrək, Xorvatiya ilə xalını bərabərləşdirib. Hər iki yığmanın 17 xalı var. 

Türkiyə isə 14 xalla 4-cü pillədə qalıb və bugünkü məğlubiyyətlə dünya çempionatına getmək şansını itirib.  

Onu da qeyd edək ki, qrup lideri yarışa birbaşa qatılma hüququ qazanacaq. İkinci pillədə qərarlaşan komanda isə pley-off oynayacaq. İslandiyanın son oyunu öz meydanında Kosova ilə oynayacağını nəzərə alsaq, soyuq ökənin  futboçularının DÇ-2018-ə birbaşa vəsiqə qazanacaqları böyük ehtimalla gerçəkəşəcək. Təbii ki, Xorvatiyanın  güclü Ukraya ilə oyunda xal itirməsi bu şansı daha da artıracaq. Əgər Ukrayna xorvatlara qaıb gələrsə, o zaman DÇ-yə getmə fürsəti yaxalayacaq. 

Qrupdakı son oyunlar isə oktyabrın 9-da aşağıdakı yığmalar arasında keçiriləcək:

Finlandiya - Türkiyə

İslandiya - Kosova

Ukrayna - Xorvatiya.

Mia.az