Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avropa Liqasının ?pley-off? mərhələsi çərçivəsində keçiriləcək ?Borussiya? ? ?Qarabağ? oyununu izləyəcək. Lent.az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Almaniya və Azərbaycan klubları arasındakı görüş avqustun 19-da Dortmund şəhərindəki ?Signal İduna Park? stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 00:05-də) başlanacaq.