Bu güm Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçirilib.

Mia.az xəbər verir ki, 35-ci dəqiqədə Kopic çexləri önə çıxarıb. 54-cü dəqiqədə isə Əfran İsmayılov 11 metrlik cərimə zərbəsi ilə hesaba tarazıq gətirib - 1:1.

Bu qol həm də qrupda vurduğumuz 9-cu qol olub.

Ancaq çexlər 66-cı dəqiqədə 2-ci qolu qapımızdan keçiriblər - 1:2

Beləlikə, oyun bu hesabla başa çatıb.

Bu qələbə sayəsində çexlər xalını 12-yə çatdırıb və 3-cü pilləyə yüksəliblər.

Azərbaycan isə 10 xalla 4-cü pilləyə düşüb. 

Mia.az