Azərbaycan Boks Federasiyası bir müddətdir ki, idmançıları maaş üzünə həsrət qoyub.

Mia.az xəbər verir ki, unikal.org-a verilən məlumta görə, qurum 4 aya yaxındır boksçuların məvacibini ödəmir.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyev sayta maaşların gecikdiyini etiraf edib və problemin bu ayın ortasında həll olunacağını bildirib.