Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku qarşıdakı vacib oyun ərəfəsində FİFA tərəfindən cəzalandırılıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, FİFA Luçeskuya Ukrayna ilə qarşılaşmanın ispaniyalı hakimi David Fernandes Borbalana fasilədə göstərdiyi oyun epizodları və oyundan sonra hakimə qarşı sərt ittihamlardan bəhs edən açıqlamalarına görə cəza verib
FİFA-nın qərarı ilə türk yığmasının məşqçisi bir rəsmi oyunda meydana çıxmaqdan mərhum edilib.
Beləliklə, türklər İslandiya ilə qarşılaşmada baş məşqçisiz meydana çıxacaq.
Mia.az