Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası aktivinə daha bir qızıl medal əlavə edib. Bu gün 52 kq çəkidə qadın güləşçilərin yarışında ölkəmizi təmsil edən Patimat Baqometova Olimpiya çempionu adına layiq görülüb. Təmsilçimiz həlledici mərhələdə çinli Yuan Yuanı məğlubiyyətə uğradıb - 3:1. Xatırladaq ki, Olimpiadanın ilk günündə yunan-Roma güləşçilərimiz Murad Bazarov (42 kq) və Elman Muxtarov da qızıl medala sahib çıxmışdılar.