"Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu məni çox sevindirir".

Axar.az xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Evander Holifild oktyabrin 1-də təşkil olunan mətbuat konfransında deyib.

"Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda Ümumdünya Boks Şurasında təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir”,- deyə məşhur boksçu vurğulayıb.

Qeyd edək ki, 1997-ci ildə keçirilən döyüş zamanı Mayk Tayson rinqdə Evander Holifildin qulağını qoparmışdı.