Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.
İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.
Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.
Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur
Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
1 | Azərbaycan | 3 | 3 | 0 | 9-1 | 244-191 | 9 |
2 | Polşa | 3 | 2 | 1 | 6-6 | 258-250 | 5 |
3 | Almaniya | 3 | 1 | 2 | 6-7 | 267-285 | 4 |
4 | Macarıstan | 3 | 0 | 3 | 2-9 | 220-263 | 0 |