Ağdamda pambıq sahəsində yanğın baş verib.

Mia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonu, Əfətli kəndində pambıq sahəsində 2 ton pambığın 500 kiloqramı yanıb.

Yaxınlıqdakı sahələr və kombayın yanğından mühafizə olunub.

Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.