"Zirə" futbol klubunun fəxri prezidenti və prezidenti seçilib.
Mia.az klubun saytına istinadən xəbər verir ki, Orxan Məmmədov "Zirə” PFK-nın fəxri prezidenti seçilib.
Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov "Zirə”nin prezidenti təyin olunub.
İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.