Sentyabrın 7-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq.
Təhsil Nazirliyindən verilən xəbərə görə, bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələdə namizədlərin seçimi 2 gün - sentyabrın 7-8-də həyata keçiriləcək.
Sonrakı günlərdə nəticələr elan ediləcək.