Bu gün Premyer Liqanın III turunun son oyunu keçirilib.

Mia.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ” ilə "Qəbələ” klubu turun mərkəzi oyununda qarşılaşıblar.

Oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Mahir Mədətov (63-cü dəqiqə), S.Jozef-Monroz (69-cu dəqiqə), Miçel (73-cü dəqiqə).