UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Polşanın ?Visla? klubunu məğlub edərək pley-off-a yüksələn Ağdamın "Qarabağ" klubunun yeni rəqibi məlum oldu. Qeyd edək ki, bu gün pley-off-un püşkatma mərasimi bir qədər öncə İsveçrənin Nyon şəhərində keçirilib. "Qarabağ" 4-cü səbətdə yer alan klublar sırasında idi. Ağdam klubunun potensial rəqibləri İngiltərənin ?Liverpul?, Almaniyanın ?Borussiya? (Dortmund), Şotlandiyanın ?Seltik?, Bolqarıstanın ?Levski? (Sofiya) və Rumıniyanın ?Styaua? (Buxarest) klubları idi. Püşkün nəticəsinə görə, ?Qarabağ? ?Borussiya? (Dortmund, Almaniya) klubu ilə qarşılaşacaq.