Bakı vaxtı ilə saat 20.00-da "Qarabağ" Bakıda Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.
Mia.az xəbər verir ki, "Qarabağ” Danimarkanın "Kopenhagen” komandasını qəbul edib
Oyunun 25-ci dəqiqəsində Mahir Mədətov komandamızı önə çıxarıb - 1:0
Beləliklə, "Qarabağ” - "Kopenhagen” oyununu 1.0 komandamızın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ”la "Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.