Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, iclasda avqustun 14-də Premyer Liqanın I turunun "Sumqayıt” – "Kəpəz” matçında baş verənlər müzakirə olunub: "Müzakirə nəticəsində  "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul edilib".