Bu gün "Qarabağ" Bakıda Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına çıxacaq.
Mia.az xəbər evrir ki, komandamız "Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün həm Bakıda, həm də səfərdə keçiriləcək cavab oyunnda Danimarkanın "Kopenhagen” komandasından üstün oynamalıdır.
Tofiq Bəhramov adına Respublika stadionunda bu gün "Kopenhagen”lə oyun saat 20.00-da baş tutacaq.
"Qarabağ”la "Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.
Mia.az