Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi bəlli oldu.

Mia.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi bu gün rumın mütəxəssis Mirça Luçesku ilə anlaşıb: 

"Federasiya rəhbərliyi Luçesku ilə bütün məsələlərdə anlaşıb. Bu gecə TFF prezidenti Yıldırım Demirören Luçeku ilə birlikdə İstanbula gələcək. Yeni baş məşqçi 2+1 il müddətinə müqaviləyə imza atacaq. İmzalanma mərasimi avqustun 4-də olacaq".

Xatırladaq ki, milli komandanın baş məşqçisi Fateh Terim ötən ayın sonu istefaya göndərilmişdi.

Onu da qeyd edək ki, yeni baş məşqçinin milli ilə ilk oyunu sentyabrın 2-də səfərdə gerçəkləşəcək. Həmin günü Türkiyə millisi Dünya Çempionatı -2018-in seçmə mərhələsində Ukrayna millisi ilə oynayacaq. 

Mia.az