Ağdamın "Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki,  Bakıda 0-0 hesablı nəticədən sonra "Qarabağ"ın Moldovada daha çətin oyunla üzləşəcəyi gözlənilsə də, komadamız  səfərdə meydana daha istəkli çıxıb.

İlk hissənin sonuna əlavə edilmiş dəqiqələrdə  Dino Ndlovu "Qarabağ”ı irəli çıxarıb- 0:1.

86-cı dəqiqədə hesab dəyişib. "Qarabağ" ikinci qolu rəqibin qapısından keçirib - 0:2

90+4-cü dəqiqədə "Şərif" penalti zərbəsi qazanıb və zərbə dəqiq olub - 1:2

Beləliklə, "Qarabağ" bu qələbə sayəsində  qitənin ən nüfuzlu klub turnirində "play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu ünvanı da qazanmış oldu.

Mia.az