Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” Moldovanın "Şerif” komandası ilə qarşılaşacaq.

Mia.az xəbər verir ki, Bakıdakı 0:0 hesablı oyunun revanşında "Qarabağ" ya qolu heç-heçə, ya da mütləq qələbə qazanmalıdır.

Oyun Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Mia.az