Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ” səfərdə Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, oyunda hesabı Yunanıstan komandası açıb. Qilyerme Molins 37-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.
Bu qoldan sonra oyunda başqa qol olmayıb. Beləliklə, "Qəbələ" növbəti mərhələyə çıxmaq üçün mütləq Azərbaycanda keçirilən cavab qarşılaşmasında qələbə qazanmalıdır.
Xatırladaq ki, "Qəbələ” 2015/2016 mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.