Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. 

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
 
Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya "Spartak”ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu "Qarabağ” Gürcüstanda "Samtredia”nın qonağı olacaq.
 
İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək.

 Albaniyada baş tutacaq "Kukesi” – "Şerif” duelinin qalibi "Qarabağ”a rəqib olacaq.
 
Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.