Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” Gürcüstan çempionu "Samtredia”nın qonağı olacaq.
Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də "Boris Payçadze” adına stadionunda keçiriləcək görüş "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı veriləcək.
Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ” ilk matçda Bakıda "Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.