Futbol üzrə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan?Türkiyə oyununun vaxtı müəyyənləşib. Oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan yığması seçmə mərhələ çərçivəsində ?A? qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.