"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

Klubdan verilən məlumata görə, təsisçinin qərarı ilə "icraçı direktor” vəzifəsi ləğv edilib, "prezident” və "vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.