Sabah futzal üzrə UEFA kubokunun püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan çempionu "Araz”ın da rəqiblərinin müəyyənləşəcəyi püşkatma iki hissədən ibarət olacaq. Öncə təsnifat mərhələsində çıxış edəcək 32 komanda 8 qrupa bölünəcək. Düzdü, Şimali İrlandiyanın ən yaxşısı hələ müəyyənləşməyib.

Bu komandalar indidən 5 səbətə bölünüb Həmçinin, hər komanda əmsalına uyğun qrupdakı yerini bilib. İlk səbət meydan sahibləri, digərləri gücünə görə sıralanıb.

İlkin mərhələ
1-ci səbət/meydan sahibləri

"Anortosis” (Kipr)/1

"Mostar” (Bosniya və Herseqovina)/2

"Uddevalla” (İsveç)/2

"Syamtrollan” (Norveç)/3

"Kopenhagen” (Danimarka)/3

"Diamant Lints” (Avstriya)/3

"Differdanj” (Lüksemburq)/4
"Minerva (İsveçrə)/4

2-ci səbət/3-cü yer

"Makkabi” (Təl-Əviv, İsrail)

"Tre Fiori” (San-Marino)

"Narva Yunayted” (Estoniya)

"Reksxem” (Uels)
TMT (Şotlandiya)
Şimali İrlandiya çempionu

3-cü səbət/2-ci yer

"Leo” (Ermənistan)

"Transilvaniya” (İrlandiya)

"Enkamp” (Ermənistan)
”Vitis” (Litva)

"Arnavutköy” (Türkiyə)

4-cü səbət/2-ci yer

"Transilvaniya” (Monteneqro)

"Knuppunt” (Hollandiya)

"Doukas” (Yunanıstan)

"Klassik” (Moldova)

"Luksoil Sent-Endryu” (Malta)
”Links” (Cəbəllütariq)

5-ci səbət – 1-ci yer

"Şkupi” (Makedoniya)

"Levski” (Bolqarıstan)

"Helveçia” (İngiltərə)

"Rekord” (Polşa)

"Reqensburq” (Almaniya)

"Flyamurtari” (Albaniya)

"Liburn” (Kosovo)

Bu mərhələnin oyunları avqustun 22-27-də keçiriləcək. Yalnız qrup qalibləri növbəti raunda yüksələcək.

Növbəti - əsas mərhələ iki yol üzrə keçiriləcək. A yolunda son qalib, həmçinin reytinq siyahısında 1-11 və 16-19-cu yerlərdə olanlar mübarizə aparacaq. Bu 16 komanda 4 qrup təşkil edəcək. Hər qrupun ilk üç yerin sahibi turu keçəcək.

B yolunda 12-15-ci, 20-23-cü yer sahibləri və təsnifat mərhələsinin 8 qalibi mübarizə aparacaq. Burada da 16 komanda 4 qrupa bölünəcək. Lakin yalnız qaliblər mərhələni keçəcək. Çempionumuz "Araz” da burada qüvvəsini sınayacaq. Azərbaycan və Ermənistan klubları bu raundda üz-üzə gələ bilməz.

Əsas mərhələ

B yolu

6-cı səbət/meydan sahibləri

"Slovan” (Slovakiya)/1

"Nasional” (Xorvatiya)/1

"Sievi” (Finlandiya)/2

"Deva” (Rumıniya)/2

7-ci səbət/3-4-cü yer

Təsnifat mərhələsinin qalibləri

8-ci səbət/2-ci yer

"Qarqes Jibson” (Fransa)

"Georgians” (Gürcüstan)

9-cu səbət/1-ci yer

"Araz Naxçivan (Azərbaycan)

"Halle-Guik” (Belçika)


A yolu

10-cu səbət/meydan sahibləri

"Ekonomaç” (Serbiya)/2

"Luparense” (Italiya)/4

"Brezye” (Sloveniya)/4

"Stalitsa” (Belarus)/4

11-ci səbət/4-cü yer

"Xerson” (Ukrayna)

12-ci səbət/3-cü yer

"Nikars” (Latviya)

"Peskara” (İtaliya)

"Braqa” (Portuqaliya)

"Qyor” (Macarıstan)

13-cü səbət/2-ci yer

"Dina” (Rusiya)

"Dinamo” (Rusiya)

"Xrudim” (Çexiya)

14-cü səbət/1-ci yer

"İnter” (İspaniya)

"Kayrat” (Qazaxıstan)

"Sportinq” (Portuqaliya)

"Barselona” (İspaniya)

Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 10-15-də keçiriləcək. Elit-raundun püşkatması isə oktyabrın 19-da baş tutacaq.