Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.
Akademiyadan Mia.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunmuş bakalavrlar iyunun 29-dan iyulun 10-dək AMEA-da qeydiyyatdan keçməlidirlər:
"Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər".