Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.
Bu barədə Mia.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq: ""Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar".