2018 Dünya Çempionatının seçmə mərhələsində bu gün Türkiyə milli komandası səfərdə Kosova milli komandasını darmadağın edib.
Mia.az xəbər verir ki, Türkiyə yığması I qrubundakı 6-cı oyununda Kosovanı 4-1 məğlub edib.
Oyunda qolları 6-cı dəqiqədə Volkan Şən, 31-ci dəqiqədə Cengiz Ünder, 61-ci dəqiqədə Burak Yılmaz 82-ci dəqiqədə isə Ozan Tufan vurublar. Kosovanın oyundakı yeganə qolunu 22-ci dəqiqədə Rahmani baş zərbəsi ilə Volkan Babacanın qoruduğu qapıdan keçirib.
Bu qələbə sayəsində Türkiyə yığması xalını 11-ə çatdırıb. Kosova isə Finlandiya ilə birlikdə 1 xalla qrupda sonuncu yerləri bölüşürlər.
Qrupda oynanan digər matçlarda isə Ukrayna Finlandiyanı 2-1, İslandiya Xorvatiyanı 1-0 udub.
Bununla da İslandiya və Xorvatiya 13 xalla qrupdakı 1-ci və 2-ci yeri bölüşürlər. Ukrayna da Türkiyə ilə birgə 11 xalla 3 və 4-cü pillələrdə qərarlaşıblar.
Mia.az