Gürcüstanın Poti şəhərində keçirilən ?Nana Aleksandriya Kuboku - 2010? beynəlxalq şahmat turnirində 8-ci turun görüşləri olub. Azərbaycan təmsilçisi Zaur Məmmədov Gürcüstan təmsilçisi Levan Pantsulaya ilə görüşünü heç-heçə başa vuraraq, 6 xalla 2-4-cü yerləri bölüşür. Şahmatçımız şəxsi göstəricilərinə görə 4-cü pillədə yerləşib. Turnir cədvəlinə isə 8 oyundan 7 xala malik gürcüstanlı Konstantin Şanava başçılıq edir. İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla 57 şahmatçı iştirak edir.