Elmar Hüseynov yad edilib
Söz azadlığı tərəfdarları 2005-ci il martın 2-də qətlə yetirilmiş ?Monitor? jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər. İyulun 17-si mərhum jurnalisin doğum günüdür.
Elmar Hüseynovun qəbrini ziyarət edənlərdən ?Qanun? nəşriyyat evinin təsisçisi Şahbaz Xuduoğlu bildirib ki, ildən-ilə müstəqil jurnalistlər cərgəsi seyrəlir, söz azadlığına basqılar isə güclənir:
?Buna baxmayaraq, azadlıq dəyərlərinə sadiq olanlar çətinliklərə və hədələrə baxmayaraq, Elmarın yolunu davam etdirirlər. Amma bu hədələr gerçəkləşməyəcək?.
Jurnalistin atası - Sabir Hüseynov oğlunun xatirəsini yad edənlərə təşəkkürünü bildirib. O, Elmarın qatillərinin layiq olduqları cəzanı alacaqlarına inandığını deyib.
Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Cinayətin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04