"Azərbaycan” Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı bildirib ki, bu il universitetdə 14 ixtisas üzrə qəbul aparılacaq.
Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, bu il təhsil haqları ixtisasdan asılı olaraq 300-400 manata qədər endirilib:
"Ötən il digər özəl universitetlərə nisbətən bizdə təhsil haqqı aşağı, yəni 2000 manat idi. Nəticə olaraq həmin vaxt universitetimiz qəbulda tələbə baxımından korluq çəkmədi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın açıqladığı siyahıda yerlərimizin 55-56 faizi dolmuşdu. Elə universitetlər var idi ki, bu göstəricilər 11-30 faiz arasında dəyişirdi. Ötən il biz tələbələrin yer sayına görə Qafqaz Universitetindən sonra ikinci yerdə olduq.
"Bu ixtisasların ödəniş haqları belədir:
Filologiya və Azərbaycan dili-1700 manat, Filologiya və türk dili ədəbiyyatı- 1600 manat, Filologiya və ingilis dili ədəbiyyatı-1700 manat, tərcümə (ingilis dili)- 1700 manat, tərcümə (alman dili)-1600 manat, tərcümə (fransız dili)- 1600 manat, tərcümə (ərəb dili)- 1600 manat.
Regionşünaslıq ixtisasında ABŞ və Kanadadan başqa bütün ölkələr üzrə - Avropa ölkələri, Yaxın və Şərq ölkələri - 1600 manatdır.
Bu ildən riyaziyyat-1600 manat, iqtisadiyyat isə -1700 manat olacaq.
Bu endirimlərin səbəbi ötən il ödənişli ali təhsil müəssisələrində boş qalan yerlərlə bağlıdır. Belə ki, tələbələr keçid balını yığsalar da, maliyyə vəziyyətindən asılı olaraq seçim edə bilmədilər. Yəni keçid balını yığanlar kənarda qaldılar. Bunu nəzərə alaraq hesab etdik ki, təhsil haqlarını aşağı salsaq, aztəminatlı tələbələr, rayonlardan gələnlər maliyyə cəhətdən çətinlik çəkməsinlər”.
Qərb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov bu il universitetdə yeni ixtisasların olduğunu və təhsil haqlarının endirildiyini bildirib:
"Bu il universitetimizdə ödəniş haqları bütün ixtisaslar üzrə aşağı endirilib. Hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Ən əsası bu ildən yeni ixtisaslar fəaliyyətə başlayır. İxtisasların sayı 36-ya çatdırılıb. Halbuki, ötən il ixtisaslarımızın sayı təxminən bunun yarısı qədər idi.