Azərbaycan komandası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti qızıl medalını qazanıb. Bu, suya tullanma yarışlarında baş verib.
Belə ki, qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.
Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalı olub. İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.