Ulduz futbolçu Rio de Janeyroda istirahət edir. Argentinalı futbol ulduzu Lionel Messi evlənməyi planlaşdırdığı Antonella Rokuzzo ilə Braziliyanın Rio de Janeyro şəhərində istirahət edir. Argentina millisi Dünya çepmpionatında mübarizəni dayandırdıqdan sonra Messi fürsəti əldən verməyib və sevgilisi ilə istirahətə yollanıb. Çempionatı qol vurmadan tərk edən futbolçu iki ay sonra başlayacaq İspaniya çempionatınadək özündə ruh yüksəkliyi yaratmağın yolunu belə tapıb.