UEFA ?Qarabağ?ın ?Portadaun?la oyununun yerini dəyizdirdi
UEFA Şimali İrlandiyanın ?Portadaun? və Ağdamın ?Qarabağ? klubları arasında Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun yerini dəyişdirib.
Bu haqda Qol.Az-a ?Qarabağ?ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, UEFA-dan kluba daxil olan faksda bildirilib ki, adları çəkilən komandalar arasında ilk oyun nəzərdə tutulduğu kimi Bakıda deyil, Şimali İrlandiyada keçiriləcək.
Xatırladaq ki, ?Qarabağ?ın ?Portadaun?la ilk görüşü iyulun 15-də Bakıda keçirilməliydi. Lakin həmin gün avroliqadakı digər təmsilçimiz ?Bakı? da ilk oyununu öz meydanında keçirdiklərindən meydançanın dəyişdirilməsi zərurəti yaranmışdı. Çünki hər iki klub UEFA-ya göndərdiklərini sifariş vərəqələrində doğma meydanı kimi Respublika stadionunu göstərib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11