Bu gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Yuventus” öz meydanında "Monako”nu qəbul edib.
Mia.az xəbər verir ki, səfərdən 2-0 qalib dönən italyan komandası evində də Fransa komandasını məğlub edib - 2:1.
Mayın 10-u saat 22:45-də isə Madridin iki nəhəngi cavab oyunu keçirəcvək. Belə ki, səfərdə 3-0 uduzan "Atletiko” evində "Real”ı qəbul edəcək.