Beynəlxalq Goju-Ryu Okinava Karate-Do yığma komandamız bu gün Ukraynaya  səfər edəcək.

Federasiyanın mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə , səfərin məqsədi Ukraynanın Xarkov şəhərində 04-07 may tarixlərində keçiriləcək Kempo, Kobudo karate üzrə açıq dünya çempionatında iştirak etməkdir.

Bidirilib ki, federasiyanın prezidenti və milli komandanın baş məşqçisi Tarverdi Allahverdiyevin rəhbərliyi altında millimiz tam heyətlə təmsil olunacaq:

"Nəzərinizə çatdıraq ki, bu yarışda fəal iştirak edib aktivinə medal qazanan idmançılar qarşıdan gələn möhtəbər yarışlara lisenziya qazanmış olacaq".
 
Komandamız may ayının 11-i  vətənə dönəcək.