"Qarabağ" - "Qəbələ" arasında baş tutan ölkə kubokunun final matçından (2:0) sonra "Səbail"in Müşahidə Şurasının sabiq sədri Rəşad Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Mia.az "Qafqazinfo”ya istinadən həmin qısa müsahibəni təqdim edir:

- Doğma torpağınızda final matçını izləmək necə hiss idi?

- Yaxşı hiss idi. Naxçıvanda futbolun canlanması lazım idi. Hər iki tərəf gözəl oyun nümayiş etdirdi. Azərbaycanın iki güclü klubu qarşılaşırdı.
 
- "Səbail"dən gedişiniz haqda danışardınız...

- Yeni Müşahidə Şurasının tərkibi məlum deyil. Hər zaman "Səbail"in yanında olacam. Ümid edirəm ki, "Səbail" də yaxşı yerlərə gəlib çıxar.
 
- "Səbail"dəki 1 illik üzvlük sizə nə qazandırdı?

- Maraqlı və yaxşı oldu. Təcrübə qazandım. Mən futbolu çox sevirəm. Təəssüf ki, ayrılmaq məcburiyyətində qaldım. "Səbail"in gələcəyi uğurlu görünür.