Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Silahlı Qüvvələrin birinciliyi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,  Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimləri tərəfindən idarə olunan yarış aprelin 29-dək davam edəcək.