Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları oynanılıb.
Mia.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi "Beşiktaş” doğma meydanda "Lion”u qəbul edib.
Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan "qara qartallar” oyuna sürətli başlayıb.
27-ci dəqiqədə Talişka "Beşiktaş"ın qoluna imza atıb. Lakin bu qoldan 7 dəqiqə sonra "Lion" bərabərlik topunu vurub. İkinci hissəyə də fəal başlayan türklər yenə də Talişkanın gözəl qolu önə çıxıb - 2-1.
85-ci dəqiqədə "Beşiktaş" Babellə çox əlverişli bir qol epizodunu qaçırdı.
87-ci dəqiqədə "Lion" hesabı bərabərləşdirməyə çox yaxın olsa da, "Beşiktaş"ın qapıçısı hər iki ard-arda burulan zərbəni əla reflekslə qaytarıb.
90-cı dəqiqədə "Lion"ın zərbəsi qapı tirindən dönüb....
Oyunun əsas vaxtı bitib.
Hakim oyuna 30 dəqiqə əlavə edib. İlk 15 dəqiqəlik hissəsi bitib. Hesab dəyişməyib - 2:1.
İkinci 15 dəqiqə başlayıb...
107-ci dəqiqədə "Beşiktaş" Genk Tosunla daha bir qol imkanını qaçırıb.
108-də isə Quarejma fürsəti qola çevirə bilməyib.
120-ci dəqiqə bitdi.
Yarımfinalçı penaltilərlə müəyyənləşir. Hər iki komanda 4 penaltidə dəqiq olub...
"Beşiktaş” 5-ci penaltini də dəqiq yerinə yetirib. Ancaq "Lion" bu sevinci qısa edib - 5:5.
6-cı penalti vurulub və hər iki komanda yenə dəqiq olub.
7-ci penalti seriyasında isə türklər qolu vura bilməyib. Topa yaxınlaşan fransız oyunçu da 7-ci penaltini dəqiq yerinə yetirə bilməyib. "Lion"lunu zərbəsi qapıdan yan keçib.
8-ci penalti seriyasında isə "Beşiktaş" yenə qolu vura bilməyib. Bu dəfə "Lion" dəqiq olmaqla adını yarımfinala yazdıran gecənin son komandası olub - 7:6.
İspaniyanın "Selta" komandası səfərdə "Genk"lə 1-1 bərabərə qalsa da, ilk oyunun (2-3) nəticəsinə əsasən, adını yarımfinala yazdıran ilk komanda oldu.
Digər iki qarşılaşmalar da 120 dəqiqə sürüb və belə nəticəylə bitib. Qara şriflə verilən komandalar yarımfinala vəsiqə qazanıblar:
"Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2 (İlk oyun – 0:2)
"Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1 (İlk oyun – 1:1)
Mia.az