Alman mazını Argentinanı darmadağın etdi
Cənübi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında ikinci yarımfinal cütlüyünün ilk iştirakçısı məlum olub.
Lent.az-ın məlumatına görə, Almaniya millisi Argentina yığmasını 4:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
Hesab üçüncü dəqiqədə açılıb. Tomas Müller Bastian Şvaynştaygerin cərimə zərbəsindən ötürdüyü topu başı ilə qapıdan keçirib. 67-ci dəqiqədə almanlar hesabı 2:0 ediblər. Lukaş Podolskinin dəqiq ötürməsindən sonra Miroslav Kloze topu qapıya vurub. Üçüncü qol isə 74-cü dəqiqədə vurulub. Şvaynştayger bir neçə argentinalını keçərək cərimə meydanına daxil olub və Arne Fridrixin qol vurması üçün gözəl ötürmə edib. Nəhayət, 89-cü dəqiqədə Kloze özünün ikinci, komandasının isə dördüncü qolunu vurub.
Qeyd edək ki, Argentina ilə oyunda özünün millidə 100-cü oyununa çıxan Miroslav Kloze bu çempionatda 4-cü, dünya çempionatları ərzində isə 14-cü qolunu vurub. Hazırda o, ancaq braziliyalı Ronaldodan geri qalır. Ronaldonun hesabında 15 top var.
Almanlar yarımfinalda İspaniya-Paraqvay oyununun qalibi ilə görüşəcəklər. Bu oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11