Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin təşkilatçılığı ilə Şanlı Aprel hadisələrinin şəhid polkovnik-leytenantı Axundov Sənan Tahir oğlunun Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbərdəki məzarı önündə anım günü keçirilib. 

Bu barədə Mia.az-a Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsindən verilən məlumata görə, tədbirdə şəhidin ailə üzvləri, rayon içtimayyətinin nümayəndələri, şair və yazıçılar, habelə, hərbiçilər iştrak ediblər.

Mərasimi AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu açaraq şəhid polkovnik-leytenant Sənan Axundovun şanlı ömür yolundan ətraflı söz açıb.

Sonra Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar Sənan Axundovla bağlı xatirələrini söyləyib, Azərbaycan Prezdentinin, o cümlədən dövlətimizin Aprel hadisələrinə verdiyi dəyərdən danışıb. 

Mərasimdə şəhidin iş yoldaşları - ehtiyatda olan polkovnik Rəşid Müslümov, polkovnik-leytenant Vüqar Abduləzimov və yaxın qohumu Nuridə Axundova öz xatirələrini bölüşüblər.

Sonda şəhidin atası Tahir Axundov şəhid adını uca tutan Azərbaycan dövlətinə və tədbir iştrakçılarına minnətdarlığını bildirib.




Mia.az