Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Bakı vaxtı ilə saat 23.05-də qarşılaşmalı olan "Beşiktaş”la Fransanın "Lion” komandası arasındakı oyun vaxtında başlamayıb, təxirə salınıb.
Mia.az xəbər verir ki, buna səbəb oyuna az qalmış hər iki komandanın tərəfdarları arasında çıxan qalmaqal və əlbəyaxa dava olub:
"Fransız komandasının azarkeşləri türklərə doğru səsli bomba atıb. Bunun nəticədə tərəfdarlar arasında qalmaqal yaşanıb, təxminən 2 minə yaxın azarkeş tüstü və dava səbəbindən stadiona axışıb. Təhlükəsizlik qüvvələri davaya müdaxilə edib.
Stadiondan azarkeşlər çıxarılıb, sakitlik bərpa olunsa da, UEFA oyunu hələ ki saxlayıb. Ancaq oyunun bu gecə, təxminən 40-50 dəqiqə sonra oynanacağı açıqlanıb".
Mia.az xəbər verir ki, oyun hələ başlamayıb.
Son məlumata görə, matçın 23.50-də başlayacağı bildirilib...
Saat 23.50-də oyun başladı. "Beşiktaş"a uğurlar!

