Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsində İtaliyada "Yuventus”la "Barselona” ilə üz-üzə gəlib.
Mia.az xəbər verir ki, oyuna sürətli başlayan italiyanların hücumları təsirli olub. Belə ki, "Yuventus" oyunun 7 və 22-ci dəqiqələrində Dibalanın qolları ilə önə çıxıb.
İkinci hissənin 55-ci dəqiqəsində isə Çelini "Yuventus"un daha bir qolunu "Barselona"nın qapısına vurub - 3:0
Oyun bu hesabla başa çatıb. İtaliya komandası səfər bu qələbə sayəsində rahat gedəcək.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün keçirilməli olan "Borussiya" - "Monako” matçı isə Dortmund klubunun futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılması səbəbindən sabaha təxirə salınıb.
Mia.az