Son rəsmi məlumata görə, oyun sabah eyni vaxta, yəni Bakı vaxtı ilə 22.45-ə təxirə salınıb.

***

UEFA Çempionlar Liqasının bu gecə baş tutacaq "Borussiya Dortmund" - "Monako" oyununa saatlar qalmış stadionın girişində şiddətli partlayış olub.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb: 

"İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Həmin yaralanan şəxs isə "Borussiya"nın oyunçusu Mark Bartradır".

Partlayışdan sonra bəzi iddialar görə, Bakı vaxtı ilə 22.45-də başlamalı olan oyun təxirə salına bilər: "Hazırda bununla bağlı operativ məsləhətləşmələr davam edir".

Mia.az