AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından 204691 manat qazanıb.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, bu məbləğə bilet və SkyBox satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.
Qeyd edək ki, Bakıda keçirilmiş oyunda Almaniya yığmasının qələbə qazanıb - 4:1.