Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.
Mia.az AzVision.az-a istinadən xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər.
_1491118058.jpg)
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.
_4473354186.jpg)
Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə AzVision.az-a bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: "Urfansız çətindir. Onun üçün çox darıxıram”.
_2982236124.jpg)
Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: "Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır”.
_1491118111.jpg)
Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Şəhid pilot Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.
_1491118151.jpg)
_8946708378.jpg)
_5964472252.jpg)
_7455590315.jpg)
_1491118206.jpg)
_1491118224.jpg)